“Qarabağ” və “Qəbələ” qrup mərhələsinin bir addımlığında

“Qarabağ” və “Qəbələ” qrup mərhələsinin bir addımlığında
  25 Avqust 2016    Oxunub:1535
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

AzVision.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” yarışın qrup mərhələsinə yüksəlmək üçün mübarizə aparacaq. Ağdamlılar səfərdə minimal hesabla (0:1) məğlub olduqları “Höteborq”la bu dəfə Bakıda üz-üzə gələcək.

Qəbələ” isə ilk matçda öz meydanında 3:1 hesabı ilə məğlub etdiyi “Maribor”la səfərdə qarşılaşacaq.

Avropa Liqası
Pley-off, cavab oyunu
25 avqust


20:30. “Qarabağ” – “Höteborq” (İsveç)
Baş hakim: Vladislav Bezborodov
Bakı. T. Bəhramov adına Respublika stadionu

22:15. “Maribor” (Sloveniya) – “Qəbələ”
Baş hakim: Viktor Kaşşai
Maribor. “Lyusdki Vrt” stadionu

AzVision.az


Teqlər:





Xəbər lenti