“Qarabağ” YAP-çı deputatı sevindirdi

“Qarabağ” YAP-çı deputatı sevindirdi
  31 İyul 2014    Oxunub:769
"Qarabağ" futbol klubunun Bakıda Avstriyanın “Zalsburq” klubunu 2:1 hesabı ilə qalıb gəlməsi hamını sevindirdi.
AzVision.az xəbər verir ki, bu fikirləri YAP-çı millət vəkili Aydın Mirzəzadə facebook səhifəsində bildirib.

"Qarabağ" klubunun qələbəsinə sevinən deputat qeyd edib ki, bununla sevimli komandamız tək Azərbaycanın deyil, artıq dünyanın da güclü futbol klublarından biri olduğunu növbəti dəfə sübut etdi.

““Qarabağ” bu qələbəsi ilə Azərbaycana böyük sevinc yaşatdı. Qələbədə əməyi olan hər kəsə öz təşəkkürümüzü bildiririk, komandamızın yanındayıq, onunla fəxr edirik. Eyni uğuru avqustun 6-da, Avstriyada cavab matçında gözləyirik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti