“Qarabağ” Fransaya getdi

“Qarabağ” Fransaya getdi
  26 Noyabr 2014    Oxunub:1588
Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Sent-Etyen"in qonağı olacaq "Qarabağ" klubu bu gün Fransaya yola düşüb.
AzVision.az xəbər verir ki, təmsilçimiz çarter reysi ilə Sent-Etyen şəhərinə yollanıb.
Son Azərbaycan çempionu Fransaya tam heyətlə gedib. Zədə səbəbindən "Sent-Etyen"lə görüşdə oynamayacaq Reynaldo, Çumbinyo və Danilo Diaş, eləcə də komandaya gec qoşulduğuna görə Avroliqadan kənarda qalan İnnosent Emeqara da Fransaya aparılıb.

Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Sent-Etyen" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.


Teqlər:





Xəbər lenti