“Qarabağ” - “Zalsburq” oyununun vaxtı bəlli oldu

“Qarabağ” - “Zalsburq” oyununun vaxtı bəlli oldu
  23 İyul 2014    Oxunub:1224
Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ” Avstriyanın “Zalsburq” klubu ilə oyununu iyulun 30-da keçirəcək.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı apasport.az saytına klubun meneceri Asif Əsgərov verib.

Qarşılaşmanın başlama saatı da bəlli olub. Belə ki, Qurban Qurbanovun komandası Bakı vaxtı ilə saat 20:30-da meydana çıxacaq.

Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Teqlər:





Xəbər lenti