“Qarabağda müharibə ola bilməz” - Avropadan mesaj

“Qarabağda müharibə ola bilməz” - Avropadan mesaj
  27 Aprel 2015    Oxunub:3468
Dağlıq Qarabağ münaqişənin hərbi yolla həlli yoxdur, münaqişə ATƏT-in Minsk Qrupu çərçivəsində siyasi yolla həll olunmalıdır.

AzVision.az-ın məlumatına görə, bu barədə “news.am” və “Armenpress” saytlarına açıqlamasında Ermənistan-Belçika Ticarət Palatasının 10 illiyi ilə əlaqədar keçirilən gecəyə qatılan Belçikanın xarici işlər naziri Didye Reynders deyib.

“Hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun roluna diqqət cəlb edilməsi vacibdir. İlk növbədə anlamaq lazımdır ki, münaqişənin həlli missiyası Minsk Qrupunun üzərinə düşür”, – deyə Reynders vurğulayıb.

Belçika XİN rəhbəri əlavə edib ki, hazırda sərhəddə və təmas xəttində insidentlərə son qoymaq, həmçinin mümkün olacağı təqdirdə silahlı qüvvələrin geri çəkilməsi üzrə təkliflər irəli sürülüb: “Sonra isə əhali tərəfindən qəbul olunacaq həllə nail olmaq lazımdır. Münaqişənin hərbi yolla həlli yoxdur, münaqişə ATƏT-in Minsk Qrupu çərçivəsində siyasi yolla həll olunmalıdır”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti