“Qarabağda baş verənlərdən narahatam” – NATO baş katibi

“Qarabağda baş verənlərdən narahatam” – NATO baş katibi
  24 Noyabr 2014    Oxunub:1370
NATO baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ münaqişə zonasında baş verən insident və zorakılıq hallarından narahatdır.
AzVision.az-ın məlumatına görə, bu barədə Stoltenberq Haaqa şəhərində keçirilən NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı bildirib.

“Mən bu yaxınlarda Qarabağda baş verən insident və zorakılıq hallarından narahatam. Bu bir daha göstərir ki, münaqişə hərbi yolu həll edilə bilməz”, -deyə Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, münaqişənin “siyasi yolla həllindən başqa alternativi yoxdur”:

“Mən münaqişənin həllində NATO-nun birbaşa rolunu görmürəm. Lakin NATO Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həll edilməsi məsələsində Minsk prosesini dəstəkləyir”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti