“Qalatasaray”ın yeni baş məşqçisi kimdir?

“Qalatasaray”ın yeni baş məşqçisi kimdir?
  28 Noyabr 2014    Oxunub:1829
Türkiyənin “Qalatasaray” klubuna yeni baş məşqçi təyin edilib.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bundan sonra kluba Hamza Hamzaoğlu rəhbərlik edəcək.

Ötən gün axşam saatlarında İstanbula gələn Hamzaoğlu “Qalatasaray” rəhbərliyi ilə danışıqlar aparıb. Tərəflər arasında razılıq əldə olunub. Daha sonra klub rəsmiləri Hamzaoğlu ilə birlikdə məsələ ilə bağlı Türkiyə millisinin baş məşqçisi Fatih Terimlə də əlaqə saxlanılıb.

Terim gecə yarısı razılıq verdikdən sonra Hamza Hamzaoğlu “Qalatasaray”ın baş məşqçisi oldu.

Hamzaoğlu “Qalatasaray” baş məşqçi kimi ilk oyununa “Qazıantepə” qarşı çıxacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti