“Putin özünü Tanrının müavini hesab edir” - Qorbaçov

“Putin özünü Tanrının müavini hesab edir” - Qorbaçov
  21 Noyabr 2014    Oxunub:2181
SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov yeni kitabı “Kremldən sonra” təqdimatı zamanı Rusiya prezidenti Vladimir Putini özü ilə müqayisə edib.
Bu barədə AzVision.az “Dojd” telekanalına istinadən xəbər verir.

“O, mənim də daha əvvəl tutulduğum “özünə güvənmə” xəstəliyinə tutulub. O, özünün Tanrının müavini hesab edir”, - deyə Qorbaçov təqdimat zamanı jurnalistlərin Rusiya prezidenti ilə bağlı sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, “Kremldən sonra” kitabında 1991-ci ildə SSRİ-nin süqutundan sonra Sovet liderinin gördüyü işlər barədə məqalələr toplanılıb.

Qorbaçov xeyli sayda kitab, esse və məqalələr müəllifi sayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti