“Putin NATO-su”nun baş katibi Sarkisyanla danışıqlarda

“Putin NATO-su”nun baş katibi Sarkisyanla danışıqlarda
  27 May 2016    Oxunub:2467
Ermənistan prezidenti Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja ilə çağırış və təhdidlərə qarşı fəaliyyət məsələlərini müzakirə edib.
AzVision.az erməni KİV-ə istinadən xəbər verir ki, Bordyuja KTMT-yə üzv ölkələrin daxili işlər orqanlarının xüsusi təyinatlı bölmələrinin xüsusi-taktiki təlimlərində, eləcə də daxili işlər orqalarının rəhbərlərinin konsultasiyalarında iştirak etmək üçün İrəvana gəlib.

Görüşün gedişatında regional təhlükəsizlik, KTMT-də Ermənistanın sədrliyinin xüsusiyyətləri, təşkilatın digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq məsələlərinə toxunulub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti