“Prezidentin sərəncamından xəbərsiz idik” - Gülyaz

“Prezidentin sərəncamından xəbərsiz idik” - Gülyaz
  19 Dekabr 2014    Oxunub:2240
Bu gün "Xalq artisti" adına layiq görülmüş Gülyaz və Gülyanaq Məmmədova bacıları Şəkidədirlər.
AzVision.az axşam.az-a istinadən bildirir ki, Gülyaz sərəncamın xoş sürpriz olduğunu qeyd edib:

"Heç xəbərimiz olmayıb. Birdən Şəki televiziyasından müxbirlər zəng vurdular ki, "gəlirik, çəkiliş etməyə". Ondan sonra bilmişik. Xalqımıza, prezidentimizə təşəkkür edirik. Çox sağ olsun ki, bizi belə böyük mükafata layiq görüb".

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.


Teqlər:





Xəbər lenti