“Prezident məni çox sevindirdi...” – Millət vəkili

“Prezident məni çox sevindirdi...” – Millət vəkili
  04 Mart 2015    Oxunub:2457
“Prezidentin bu sərəncamı məni çox sevindirdi. Təəssüratım əladır, görürsünüz telefonu da gülə-gülə açdım. Təbbi ki, sevindim. Öz adımdan, Aypara Cəmiyyətinin adından ölkə başçısına təşəkkür edirəm”.
Bu sözləri AzVision.az-a açıqlamasında prezident İlham Əliyev tərəfindən bu gün 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən deputat Novruz Aslan deyib.

Millət vəkili ölkə başçısına minnətdarlığını bildirib:

“Bildiyiniz kimi cənab prezident bizim 15 nəfər Aypara Cəmiyyətinin işçilərini “Tərəqqi” medalı ilə təltif edib. O cümlədən mən də bu sırada varam. Bu saat Aypara Cəmiyyətində böyük bir bayramdır. Bu bizim üçün gözlənilməz oldu. Halbuki, mən rəhbər olaraq bilirdim ki, bu baş verə bilər. Bunun üçün müvafiq addımlar atmışdıq, təqdimatlar yazmışdıq. Lakin bir çox işçilərimiz, təltif olunanlar bunu bilmirdilər. Xüsusən, qadınlarımız üçün çox böyük bayram oldu. Çünki Azərbaycan Qızıl Aypara Cəmiyyəti həm ictimai, həm QHT, həm beynəlxalq miqyaslı təşkilatdır. 2007-ci ildə prezidentin təqdimatı ilə Milli Məclisdə Aypara Cəmiyyəti haqqında qanun qəbul olundu. Bu çox nadir və nümunəvi bir hadisədir. Bizim üçün böyük bir etimaddır, bunu dərk edirik”-deyə N. Aslan sevincini bildirib.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xidmətlərinə görə Novruzəli Davud oğlu Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti