“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi təlimlərini yekunlaşdırıb

“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi təlimlərini yekunlaşdırıb
  29 İyun 2016    Oxunub:1863
“Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi son təlimini Elit Akademiyasında keçirib.
Gənc jurnalistlər son-beşinci gün də iki mühazirə dinləyiblər. Bu dəfə peşəkar olmaq istəyən gənclərə jurnalistikanın sirrləri, peşə əxlaqı kodeksləri barədə təlimi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli keçib.

İkinci mühazirəçi, Tezis.az saytının baş redaktoru Taleh Şahsuvarlı isə mediada reklam və piar mövzusunda mühazirə deyib. Hər iki mühazirə qarşılıqlı dialoq çərçivəsində keçib.

Rəhbəri Anar Yusifoğlu, koordinatoru Aqil Ələsgər olan “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi lahiyəsinin təlimləri bununla yekunlaşmışdır.

Yaxın günlərdə təlim iştirakçılarına sertifikatların təqdimat mərasimi keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti