“Partiyadan məni kim qova bilər ki...” – Rauf Qurbanov

“Partiyadan məni kim qova bilər ki...” – Rauf Qurbanov
  03 Mart 2015    Oxunub:6230
Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov mətbuatda onun partiyadan qovulması ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Partiyadan AzVision.az-a daxil olan məlumata görə, R.Qurbanov yaydığı bəyanatda bildirib ki, “qurultay” keçirərək onu partiyadan qovanlar pozuculuq fəaliyyətinə görə AKP-dən kənarlaşdırılmış şəxslərdir:

“Partiyada daxili pozuculuq fəaliyyəti ilə məşğul olduğuna, yoldaşlar arasında ədavət yaratmağa cəhd göstərdiyinə, partiyanın nizamnamə tələblərini ciddi şəkildə pozduğuna görə onlar AKP-dən qovulublar. Onların saxta qurultayla məni guya partiyadan qovmalası gülünc və yalnış məlumatdır.

Dərc olunmuş məlumatdan və sərgilənən foto görüntülərdən açıq aydın olur ki, AKP sıralarından xaric olunmuş şəxs, özü səviyyədə bir necə insanı başına toplayaraq xeyir-şər mərasimləri üçün nəzərdə tutulmuş zalların birində yığıncaq keçirib və buna “qurultay” statusu verməyə çalışıb”.

Qeyd edək ki, publika.az saytının yaydığı məlumata görə, Azərbaycan Kommunist Partiyasının (5-ci çağırış) 38-ci qurultayı keçirilib və qurultayda partiyanın keçmişsədri Rauf Qurbanov AKP-dən qovulub.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti