“Özümdən iyrənirəm” – Sezen Aksu

“Özümdən iyrənirəm” – Sezen Aksu
  23 İyul 2014    Oxunub:1017
Türkiyəli müğənni Sezen Aksu ötən gün verdiyi konsertində İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olan fələstinli uşaqlardan danışıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhnədəki monitorda müharibə qurbanı olan uşaqların fotoları göstərilib. “Tükeneceğiz” adlı mahnısı ilə konsertə başlayan Sezen Aksu müharibənin artıq bitməyini, hamının çox əzab çəkdiyini deyib: “Bu qədər inkişaf etdiyi halda bəşəriyyət hələ də adam öldürəcək qədər acizdir. İnsan çox əzab çəkən bir heyvandır. Daha bəsdir, çox əzab çəkdik və çəkəcəyik”.

Altmış yaşı olan müğənni həmçinin konsertə gələnlərdən halalıq istəyib: “Qorxmağa başlamışam, ona görə də haqqınızı halal edin. Bu yaşa gəlmişəm, amma hələ də güzgüyə baxanda özümdən qorxuram, iyrənirəm. Yaxşı ki, oğlum Mithatcan hələ məndən iyrənməyib”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti