“Onlar xəstə insanlardır” – Müsavatdan AXCP-yə cavab

“Onlar xəstə insanlardır” – Müsavatdan AXCP-yə cavab
  21 Oktyabr 2014    Oxunub:4259
YAP-çı millət vəkili Aydın Mirzəzadənin Müsavat Partiyasının Məclis üzvü, keçmiş deputat İkram İsrafilin oğlunun toy mərasiminə qatılması AXCP sədri Əli Kərimli başda olmaqla cəbhəçilərin “kefinə soğan doğrayıb”.
Cəbhəçilər Müsavat rəhbərliyini satqınçılıqda ittiham edərək, onların ünvanına sərt fikirlər səsləndiriblər.

AXCP üzvlərinin bu iradlarına Müsavat Partiyasının Məclis üzvü, keçmiş deputat İkram İsrafil cavab verib. O, məsələni bu cür qiymətləndirənləri xəstə təfəkkürlü insanlar adlandırıb.

Eks-deputat vurğulayıb ki, siyasətlə-məişət məsələlərini bir-biri ilə qarışdırmaq düzgün deyil:

“Mən belə insanların xəstə olduqları qənaətindəyəm. Xəstə olmayan insan siyasətlə məişət məsələlərini bir-birinə qata bilməz. Və mən inanıram ki, xəstə insanlar öz atalarının, yaxınlarının hüzn yerlərinə, insanların partiya biletlərini yoxlayıb buraxacaqlar. Başqa söz tapa bilmirəm”.

Mirvari Nəcəf
AzVision.az




Teqlər:  





Xəbər lenti