“Oğlanlara hərbi xidmətdən möhlət verilsin”

“Oğlanlara hərbi xidmətdən möhlət verilsin”
  18 Aprel 2014    Oxunub:1077
“Elm haqqında qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.

Komitə sədri qeyd edib ki, keçən ilin payız sessiyasından qanun layihəsi hazırdır və indi bəzi xərc tutumlu maddələrin müzakirəsi aparılır:

“Qanun layihəsi ilə bağlı bütün rəylər, təkliflər, iradlar, tövsiyələr alınıb. Yalnız xərc tutumlu maddələrin müzakirəsi gedir. Bu işlər tamamlanandan sonra Elm haqqında qanun layihəsi Mili Məclisin plenar iclasının müzakirəsinə çıxarıla bilər”.

Komitə sədri qeyd edib ki, magistr və doktoranturada təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi dair maddə qanun layihəsində öz əksini tapıb.

O, magistratura və doktoranturada oxuyanların möhlət məsələsinə də münasibət bildirib: “Burada söhbət yalnız möhlət hüququndan gedir. Təhsil Boloniya prosesinə əsasən 3 pilləlidir: bakalavriat, magistratura və doktorantura. Hər 3 pillədə biz tərəfdarıyıq ki, oğlanlara hərbi xidmətdən möhlət hüququ verilsin. Bu məsələ Elm haqqında qanun layihəsində öz əksini tapıb. Yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Bu sessiya başa çatana kimi biz çalışacağıq ki, müzakirəyə çıxarılsın”.

Möhlətin hansı formada veriləcəyinə gəlincə komitə sədri qeyd edib ki, oğlan tələbələr bakalvriatı başa çatdırıb magistraturaya qəbul olunacaqsa, həmin şəxslər-magistrlər hərbi xidmətdən möhlət almaq hüququna malik olacaq. Onun sözlərinə görə, bu eyni zamanda magistraturadan doktoranturaya keçənlərə də şamil olunacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti