“Nəhayət ki...” – Qurban Qurbanov

“Nəhayət ki...” – Qurban Qurbanov
  18 Dekabr 2014    Oxunub:2059
"Çox vacib 3 xalı qazandıq".
AzVision.az trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən "Xəzər Lənkəran" - "Qarabağ" oyunundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov qeyd edib ki, fanatlar üçün çox maraqlı oyun alındı: "Onlara öz təşəkkürümü bildirmək istəyirəm. Həmişə bizə dəstək olurlar. Nəticəyə gəldikdə, çox vacib 3 xalı qazandıq. Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra nəhayət ki, qələbə qazandıq. "Xəzər Lənkəran" komandasına uğurlar arzulamaq istəyirəm. Biz isə qarşıdakı oyunlara hazırlaşıb, lazım olan nəticəni qazanmağa çalışacağıq".

Xatırladaq ki, Premyer Liqanın XVII turu çərçivəsində keçirilən bu oyun "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Teqlər:





Xəbər lenti