“Neftçi”nin prezidenti istefa verdi

“Neftçi”nin prezidenti istefa verdi
  30 Mart 2015    Oxunub:2001
Bu gün “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov istefa verib.
AzVision.az Qol.az-a istinadən xəbər verir ki, istefanın səbəbləri haqda yaxın vaxtlarda klub rəhbərliyinin açıqlama verəcəyi gözlənilir.

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub.

Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti