“Neftçi” Avroliqaya qələbə ilə başladı - VİDEO

“Neftçi” Avroliqaya qələbə ilə başladı - VİDEO
  01 İyul 2016    Oxunub:1663
Bakının “Neftçi” klubu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə Maltanın “Baltsan” komandasının qonağı olub.
“Hibernians” stadionunda keçirilən oyun “flaqman”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 14-cü dəqiqədə Rəhman Hacıyev açıb. 84-cü dəqiqədə Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirərək Azərbaycan təmsilçisinin üstünlüyünü iki topa çatdırıb.

Qeyd edək ki, cavab oyunu iyulun 7-də Bakıda keçiriləcək.



AzVision.az


Teqlər:





Xəbər lenti