“Navastroyka”da yanğın - sakinlər təxliyyə edildi

“Navastroyka”da yanğın - sakinlər təxliyyə edildi
  20 Dekabr 2014    Oxunub:2140
Bakıda hündürmərtəbəli binada yanğın olub.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən 13-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelleri 200 p.m yanıb. Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 10:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti