“Nar mobile” abunəçilərinə problem yaşatdı

“Nar mobile” abunəçilərinə problem yaşatdı
  31 Mart 2015    Oxunub:2784
Bu gün səhər saatlarından etibarən “Azərfon” şirkətinin fəaliyyətində müəyyən problemlər yaranıb.
“Nar mobile” abunəçilərinin AzVision.az-a verdiyi məlumata görə, şəbəkədə müxtəlif problemlər mövcuddur. Belə ki, abunəçilər balanslarını artırmaq istəsələr də bu əməliyyatı həyata keçirmək mümkün deyil. Bundan əlavə şəbəkədə də problem var.

Məsələ ilə bağlı “Azərfon”ın müştəri xidmətindən AzVision.az-a bildiriblər ki, hazırda şirkətdə təkminləşdirmə işləri aparılır. Odur ki, texniki problem yaranıb.

Şirkətdən onu da bildirdilər ki, problem sabah həll olunacaq.

Qeyd edək ki, Nar Mobile və Azerfon-Vodafone İnternet xidməti də dayandırılıb.

Gültəkin


Teqlər:  





Xəbər lenti