“NİDA-çılar bu addımı çoxdan atmalı idi” - Siyavuş Novruzov

“NİDA-çılar bu addımı çoxdan atmalı idi” - Siyavuş Novruzov
  01 Oktyabr 2014    Oxunub:2009
“NİDA”-çıların prezidentə müraciətini müsbət qiymətləndirirəm. Bu addımı çoxdan atmalı idilər”.
Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Həbsdə olan “NİDA” üzvlərinin prezident İlham Əliyevə ünvanladığı əfv məktubuna münasibət bildirən YAP funksioneri bu addımı müsbət qiymətləndirib.

O, vurğulayıb ki, “NİDA”-çılar özləri də peşmançılıq hissi keçirirlər:

“Müraciəti oxudum, gördüm ki, özləri də törətdikləri əməllərdən peşman olublar. Gəncliklərini nəzərə almaqla bundan sonra Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edəcəklərini vəd edərək əfv olunmaq istəyirlər. Hesab edirəm ki, düzgün hərəkət ediblər və bu addımı çoxdan atmalı idilər”.

Onların əfv olunaraq azadlığa buraxılıb -buraxılmayacağına gəlincə isə YAP rəsmisi qeyd edib ki, bu, prezidentin səlahiyyətidir: “Əfv etmək səlahiyyəti cənab prezidentə məxsusdur. NİDA-çılar da müraciət edib, baxılacaq. Yəqin ki, əfv qərarı olsa bunu cənab prezident verəcək”.

Qeyd edək ki, Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən NİDA-çılar - Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə ötən gün ölkə prezidenti İlham Əliyevə müraciət ediblər. Onlar prezidentdən azad olunmalarını xahiş ediblər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti