“NATO Ukraynanı silahlandırır” – Müdafiə naziri

“NATO Ukraynanı silahlandırır” – Müdafiə naziri
  15 Sentyabr 2014    Oxunub:1800
NATO-ya üzv ölkələr rəsmi Kiyevə silah-sursat çatdırmağa başlayıb.
AzVision.az-ın Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna müdafiə naziri Valeriy Qeletay bildirib.

Müdafiə naziri hansı növ silahların çatdırılması barədə sualı cavablandırmaqdan imtina edib. Qeletay vurğulayıb ki, bu həm uçan, həm də yerüstü silahlardır.

“Bütün bu danışıqlar qapalı formatda keçirilib. Mənim NATO müdafiə nazirləri keçirdiyim görüşün təfərrüatlarını açıqlamağım düzgün olmazdı”- deyə, qeletay bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti