“Müsavatda adam qalıb ki....” – Siyavuş Novruzov

“Müsavatda adam qalıb ki....” – Siyavuş Novruzov
  01 Sentyabr 2014    Oxunub:2455
“Müsavatda dürüst seçki keçirilərsə İsa Qəmbərin tərəfdarlarının heç biri səs yığmayacaq”.
Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.

YAP rəsmisinin sözlərinə görə, Müsavat rəsmiləri partiyadan gəlir mənbəyi kimi istifadə edirlər.

“Partiyada iki qüvvə arasında - bu partiyadan gəlir mənbəyi kimi istifadə edənlərlə islahatlar aparılmasının tərəfdarı olan qüvvələr arasında mübarizə gedir. Bu baxımdan hesab edirəm ki, Müsavat çalışacaq ki, qurultayın vaxtını parlament seçkilərinə qədər gecikdirsin. Əgər dürüst seçkilər olacaqsa, orada İsa Qəmbərin tərəfdarlarının heç biri səs yığmayacaq”.

Partiyada hər hansı bir parçalanmaya gəlincə isə, S.Novruzov qeyd edib.

“Parçalanma o partiyada olar ki, orada adam olsun. Bu partiyada adam qalıb ki, parçalansın? 5-6 nəfərlə qəzet üzərində fəaliyyət göstərən partiyadır”-deyə S.Novruzov qeyd edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti