“Mənzil və maşın bazarında kritik vəziyyət yaranıb”- Ekspert

“Mənzil və maşın bazarında kritik vəziyyət yaranıb”- Ekspert
  18 Aprel 2015    Oxunub:20201
“Manatın devalvasiyasından sonra mənzil bazarında cüzi də olsa qiymət artımları müşahidə olundu. Amma mənzil bazarında hazırda kritik bir vəziyyət yaranıb”.
Bunu AzVision.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, mənzil bazarında alqı-satqı həcmi çox məhdud mərhələyə gəlib çıxıb.

“İstər ipoteka kreditlərinin verilməsində, istərsə də nağd alışlarda azalmalar müşahidə olunur. Bu da məlum məsələlərlə bağlıdır. Bütövlükdə ötən ilin sonundakı vəziyyətlə indini müqayisə etsək, mənzil bazarında 10 faiz azalma nüşahidə olunur”.

Avtomobil bazarında vəziyyətə gəlincə, ekspert bildirib ki, maşın bazarında ümumiyyətlə vəziyyət daha dramatikdir.

“Çünki mənzil bazarında heç olmasa ipoteka kreditləri var, hardasa müəyyən qədər alqı-satqı az da olsa müşahidə olunur. Son dövrlərdə avtomobil bazarında dinamikanın sıfıra enməsi müşahidə olunur. Sahibkarların verdiyi məlumata görə, hal-hazırda bazarda ciddi qiymət dəyişməsi olmasa da, alıcıların bazara müraciətlərində, eyni zamanda alqı-satqı əməliyyatlarının sayında çox kəskin azalmalar var”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti