“Mançester Yunayted Futbol Məktəbi”nə 13 nəfər seçilib

“Mançester Yunayted Futbol Məktəbi”nə 13 nəfər seçilib
  01 Sentyabr 2015    Oxunub:1523
“Mançester Yunayted Futbol Məktəbi”nə növbəti seçimin nəticələri elan edilib.
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted Futbol Məktəbinə seçim prosesinin nəticələrini elan edir. Şirkətdən AzVision.az-a verilən məlumata görə, “Bayıl Arena” stadionunda təşkil olunan seçim prosesində avqustun 22-də 2007-2008-ci il təvəllüdlü 32 nəfər, avqustun 23-də isə 2004, 2005, 2006-cı il təvəllüdlü 54 nəfər uşaq iştirak edib. Seçimlərin yekun mərhələsi 2004, 2005, 2006-cı il təvəllüdlülər üçün 26 avqust, 2007-2008-ci il təvəllüdlü uşaqlar üçün isə 29 avqust tarixində keçirilib. Seçimlərdən müvəffəqiyyətlə keçən və Mançester Yunayted Futbol Məktəbinə qəbul olunan uşaqların adları aşağıdakı cədvəldə qeyd olunub:

Ad, Soyad Təvəllüd

1 Raul Məmmədov 2004

2 Əli Abbasov 2004

3 Riad Qəhrəmanov 2005

4 Murad Rüstəmov 2005

5 Nəbi Hacıyev 2005

6 Cozef Hickman 2005

7 Hacıəli Şirəliyev 2005

8 Nihat Əhmədzadə 2006

9 Liam Erik Brown 2006

10 Əli Əhmədov 2008

11 İsa Hüseynov 2007

12 Murad Məmmədov 2007

13 Nihad Şahhüseynli 2008

Seçilmiş uşaqlar üçün 6 həftəlik sınaq müddəti təyin olunub. Bu sınaq müddətini müvəffəqiyyətlə başa vuran uşaqlar yaş qruplarına uyğun olaraq U-10, U-11 və U-12 qruplarında məşqlərdə iştirak edəcəklər.

Qeyd edək ki, seçimlər Mançester Yunayted Futbol Məktəbindən Azərbaycana ezam olunmuş məşqçi Mick Benett, AFFA tərəfindən isə Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti