“Lamiyə oğluma şər atır, uşaq Elnurdan deyil…” - Şok faktlar

“Lamiyə oğluma şər atır, uşaq Elnurdan deyil…” - Şok faktlar
  19 Fevral 2015    Oxunub:13981
Son günlər Azərbaycan mətbuatının gündəmindən düşməyən məhkum Lamiyə Quliyevanın uşağının atası Rəsulov Elnur Məmmədrəsul oğlu haqda ilginc məlumatlar əldə etmişik.

AzVision.az-ın əldə etdiyi məlumata görə, məlum Lamiyə olayı E.Rəsulovun ailəsindən təsirsiz ötüşməyib. Rəsulovun həbsxanada ata olması onun ailəsində etirazla qaşılanıb. Mətbuat vasitəsilə məsələdən xəbər tutan Rəsulovun həyat yoldaşı və anası mənəvi “ata”dan bu olaya aydınlıq gətirməsini tələb edib.

Həbsxanadan ailəsinə telefon açaran E.Rəsulov Lamiyənin uşağının ondan olmadığını, bu hadisədə günahsız olduğunu deyib.

E.Rəsulovun qohumları əməkdaşımıza bildirilib ki, Lamiyə Quliyeva Elnura şər ataraq özünü günahsız göstərmək istəyir:

“Artıq Elnurun ailəsi də hər şeyi bilir. Onların ailəsində narazılıq baş verib. Onlar Elnurun yanına getmirlər. Elnur isə bu xəbərlərin yalan olduğunu söyləyir. Elnurun anası deyir ki, başqa bir qadından uşağı yoxdur, Lamiyə adlı qadın onun üstünə şər atırlar”.

Qohumlarının bildirdiyinə görə, Elnur Rəsulov rəsmi formada evlidir və bir uşağı var:

“Elnurun ailəsi, həyat yoldaşı, uşağı var. Onun uşağı qızdır. Birinci sinifə gedir. Elnur ailəsini sevir. Onun qardaşı da rəhmətə gedib. Qızı atasının yolunu gözləyir. Hər dəfə atasını soruşur ki, nə vaxt gələcək. Elnur həyat yoldaşını sevib ailə qurub”.

Elnurun həbs səbəblərini öyrənmək məqsədi ilə Bakı Hərbi Məhkəməsi ilə əlaqə saxladıq. Bildirildi ki, E. Rəsulov hərbçilərlə əlbirolaraq saxta pul hazırladığı üçün həbs edilib.

“Rəsulov Elnur Məmmədrəsul oğlu 03.02. 1984-cü il təvvəllüdlüdür. O, mülki şəxsdir. Zabit deyil. Elnur Rəsulov hərbçi ilə əməkdaşlıq edərək saxta pullar hazırlayıblar. Ona görə də onlar barəsində həbs cəzası çıxarılıb”.

Daha sonra Bakı Appelyasiya Məhkəməsi ilə əlaqə saxladıq. Oradan isə bildirildi ki, E. Rəsulov barəsində 7 il həbs qəti imkan tədbiri seçilib:

“Rəsulov Elnurun cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb. Bakı Hərbi Məhkəməsinin 21 noyabr tarixli qərarının hökmündən Bakı Appelyasiya Məhkəməsinə şikayət daxil olub. Həmin şikayətə isə ötən il dekabrın 24-də baxılıb. Elnur Rəsulova 7 il həbs cəzası verilib. Onunla birlikdə Cəfərov Rüstəm Cəfərqulu oğlu, Hüseynov İlham Müslüm oğlu barəsində də həbs hökmü qüvvədə saxlanılıb”.
Araşdırmamız zamanı E.Rəsulovun vəkilini taparaq son olaylarla bağlı fikrini öyrəndik. Vəkil Ümman Salehzadənin sözlərinə görə, Elnur Lamiyə ilə əlaqəsi haqda ona heç nə deməyib.

O müvəkkili ilə çoxdandır görüşmədiyini, hazırki vəziyyətindən xəbərsiz olduğunu qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə L.Quliyeva uşağını süni mayalanma ilə dünyaya gətirməsi haqda deyilənləri təkzib edib. Qadın məhkum bildirib ki, uşağının atası ilə cinsi əlaqədə olub və övlad dünyaya gətirib.

L. Quliyevanın uşağının atası olduğu bildirilən Rəsulov Elnur Məmmədrəsul oğlu isə deyilənlərin yalan olduğunu söyləyib. O, bildirib ki, Lamiyə Quliyeva ilə heç vaxt bir-başa təmasda olmayıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti