“Konsert vermək onların vicdanına qalıb” – Siyavuş Novruzov

“Konsert vermək onların vicdanına qalıb” – Siyavuş Novruzov
  27 Yanvar 2015    Oxunub:2262
“Şəhidlərimiz olan günü konsert proqramlarını nümayiş etdirmək telekanalların vicdanına qalıb”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. Millət vəkili qeyd edib ki, bütün məsuliyyət həmin telekanalların bədii və proqram rəhbərliyinin üzərinə düşür:

“Əgər matəm elan olunarsa həmin telekanalların heç biri şou proqram göstərməməlidirlər. Matəm günü elan edilməyibsə, bütün məsuliyyət həmin telekanalların üzərinə düşür. Şəhidlərimiz olan günü konsert proqramlarını nümayiş etdirmək həmin telekanalların vicdanlarına qalıb. Bizdə dövlət və ictimai kanaldan başqa bütün telekanallar özəldirlər. Onların dövlət və hər hansı bir qurum qarşısında məsuliyyətləri yoxdur. Belə proqramları telekanal rəhbərləri özləri nümayiş etdirməlidirlər”.

Daha sonra millət vəkili qeyd edib ki, Milli televiziya və Radio Şurası (MTRŞ) bununla bağlı müəyyən tədbirlər görməlidir:

“MTRŞ həmin telekanallara müəyyən tövsiyyələr verə bilər. Allah şəhidlərimizə rəhmət eləsin. Həmin telekanallar müəyyənləşdirdikləri proqramları dəyişdirə bilərdilər. Bütünlükdə belə hallar olanda telekanllar bunu nəzərə almalıdırlar. Bilavasitə onlar hər hansı bir avtomobil qəzasında və yaxud başqa hal nəticəsində həlak olmayıblar. Bu hadisə döyüş bölgəsində baş verib. Bu insanlar həmin telekanalların işləməsi üçün öz həyatlarını qurban veriblər. Onlar bizim dövlətçiliyimizi, ərazilərimiz qoruduqları anda şəhid olublar. Ona görə bu məsələ mütləq nəzərə alınmalıdır”.

Qeyd edək ki, son günlər cəhbə xəttində düşmən təxribatının qarşısı alırankən 3 hərbçimiz şəhid olub.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti