“Kişini urvatlı götürmək lazımdır”- Markes haqda statuslar

“Kişini urvatlı götürmək lazımdır”- Markes haqda statuslar
  18 Aprel 2014    Oxunub:1907
Məşhur Kolumbiya yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markes bu gecə 87 yaşında dünyasını dəyişib.
AzVision.az dünya şöhrətli əsərlərin müəllifi kimi tanınan yazıçı ilə bağlı azərbaycanlı oxucuların, tanınmış media nümayəndələrinin facebook statuslarını təqdim edir:

Vüsalə Mahirqızı, APA Holdingin prezidenti:

“Tanınmış belə ölür. Yoxsa, burda ölürlər rayonda xəbər tutan olmur. Amma deyirlər: "Markes ne yazıçıdı e”.

İlqar Rəsul, yazar:

“Ovqat üçün:
Rəvayətə görə Səməd Vurğunun dəfnində Süleyman Rüstəm çıxış edib deyir ki:
"Azərbaycanda iki böyük şair vardı. Onun biri öldü, mən də ki, özümü pis hiss edirəm".
İndi Markes öldü, mən də ki, özümü pis hiss edirəm”.


Kəmalə Quliyeva, redaktor
"Hər zaman üçün bir sabah var və həyat bizə daha gözəl işlər görmək üçün fürsət verir.Əgər bugünkü fürsət əlimdəki son fürsətdirsə, sənə səni nə qədər sevdiyimi və səni heç vaxt unutmayacağımı söyləmək istərdim. Nə gənc üçün, nə də qoca üçün sabah olacağına təminat yoxdur.Bu gün sevdiklərini son dəfə görə bilərsən.Ona görə də çox gözləmə, işini bu gün gör. Əgər sabah bir daha gəlməsə, bir gülümsəmə, bir qucaqlaşma, bir öpüş üçün vaxt ayıra bilmədiyin və sevdiklərinin istəklərini yerinə yetirmədiyin üçün çox peşman olarsan.Sevdiklərinə yaxın ol.Onlara olan ehtiyacını etiraf et.Onlar üçün zaman ayır.Dostlarına onların sənin üçün nə qədər əhəmiyyətli olduqlarını göstər".(c) Qabriel Qarsiya Markes

Rəbiyyə Zərdabi, kulturoloq:
“Qabriel Qarsiya Markes öldü.....Cox sevdiyim yazar idi”

Rövşən Danyeri, jurnalist:
“Markes öldü, onu siz öldürdünüz zad . Yaxşı ki, Markes öldü. Yazarların boğazına keçmiş bir sümük idi. O, vaxt Dostoyevskidən xilas olmamış adamlar indi də Markesi büt kimi görürdülər. İndi görək yeni bütümüz kim olacaq? Markes öldü!Yaşasın yeni Markes!

Kənan Hacı, yazar:“ Markes əbədiyyətə qovuşdu”

Əsəd Qaraqaplan, yazar: “Markes də öldü…”

Mehman Muradlı, oxucu: “Kişini urvatlı götürmək lazımdır. Markesi deyirəm. Bakı kəndlərindən kişi ağıçı, Gəncədən qadın ağıçı aparmaq lazımdı yasa”

Günay Arda, sayt redaktoru:
“Gorun çatdasın ay Markes, gör səni kimlər ağlayır”

AzVision.az



Teqlər:  





Xəbər lenti