“Kişilikləri çatmadı ki, Dilqəmlə Şahbazın adını dilə gətirsinlər” – Məşhurlar Facebookda

“Kişilikləri çatmadı ki, Dilqəmlə Şahbazın adını dilə gətirsinlər” – Məşhurlar Facebookda
  11 Noyabr 2014    Oxunub:4464
“Bu gün Azərbaycanda insanlığın ölüm günüdür”

AzVision.az “Məşhurların facebook gündəliyi” rubrikasında tanınmışların Facebook sosial şəbəkəsində paylaşdıqları maraqlı statusları təqdim edir
İradə Tuncay , yazar : “Ağıllı görünmək naminə mürəkkəb cümlələrlə doldururlar yazıları..Hamının anladığı dildə yazmaq ən müşkül məsələdir...”

Sahib Alıyev, millət vəkili: “Bu gün "Məhsul" da mitinq keçirib Leyla Yunusa azadlıq tələb edənlərin kişilikləri çatmadı ki, heç olmasa bu Bayraq günündə, erməni girovluğundakı Dilqəm Əsgərovla Şahbaz Quliyevin adlarını dillərinə gətirsinlər. O adamların ki, müqəddəs bayrağımızı aparıb Kəlbəcərdə dalğalandırır və bununla da torpaqlarımızın erməni tapdağı altında qalmasıyla barışmadıqlarını, barışmayacaqlarını göstərirdilər. Görəsən, Milli Şuradakılar niyə azərbaycanlıları Qarabağsız yaşamağa alışdırmaq istəyən çevrələrin istəyilə ermənilərə işləyənlərin azadlıqlarını tələb edir, onların yox? Milli satqınlara ar olsun!”

Səma Azəri, hüquqşunas: “Bir rayon məktəbindəyəm. Burada şagirdlərin hansı şəraitdə dərs aldığını görəndə və buna baxmayaraq dərsə dəvamiyyətlərinin və savadlarının şahidi olanda, şəhərə qayıdan kimi o gözəl təmirli isti sinif otaqlarında oturan amma başı oturduğu taxta stuldan seçilmiyən uşaqların başına öz əlimlə yağlı bir qapaz ilişdirmək istəyirəm. O qədər saf və utancaqdırlar ki..”

Dəyanət Rzayev, psixoloq : “Bu gün 11 noyabr 2014-cü il. Azərbaycanda insanlığın ölüm günüdür. İnsanlığı dəfn etdim bu gün”.

Sevinc Çılğın, yazar : “ Hörmətli xodgedən saytlar! Axşama əla xəbər verirəm sizə. Belə bir başlıq: "Sevinc Çılğın bütöv bir çörəyin suxarisini bir oturuma yeyərək partladı!". İndi baxun, kim xəbərii 1-ci yazmaq istiyirsə, Zair bəylə əlaqəni itirməsin. (zarafatsız, belə ekonomnu arvadam ki, mən).”

Vüsal Məmmədov, jurnalist : “Azərbaycanda müxalifətə həqiqətən, səmimi inan gənclər varsa, onlara çox acıyıram... Bu, üzdən məsum görünən, əslində isə əxlaqsız bir qızı sevmək kimi şeydir...”

Rəbiyyə Zərdabi, kulturoloq: “Həyatınızda qarışıqlıq istəmirsinizsə...qayda budur...
Əşyaları aldığınız yerə....İnsanları haqq etdiyi yerə qoyacaqsınız....”

Sənan Nəcəfov, QHT təmsilçisi: “Xəbər başlığına baxın: Aygünün əmisi oğlu itkin düşdü. Yəni, Azərbaycanın çox ucqar bir kəndindəki ağsaqqalın 18-ci nəvəsi var ha, bax, o uşaq qozu çox sevir”.

Mehman Muradlı, oxucu : “Deyirlər ki, MŞ-nın bu günkü mitinqində "Ya Hüseyn" deyənlər mitinqdən sonra gediblər araq içməyəMŞ-nın bu günkü mitinqində "Ya Hüseyn" deyənlər mitinqdən sonra gediblər araq içməyə.

Vüsalə Mahirqızı, APA Holdingin prezidenti : “Hər sabah facebooka baxanda görürəm bir dəstə “ayka-şirinka”dan ( saxta profillərdən) dostluq gəlib. Yaman çoxalıblar”.

Aynur Camalqızı, baş redaktor: “Cəhalətin yolunu bağlayacaq yeganə Elm və Təhsil!! Bütün mənəviyatsızlıqlar elmsizlikdən törəyir”.


AzVision.az




Teqlər:  





Xəbər lenti