“Kartof göndəriləndə hər şey yaxşı olur” – Putin

“Kartof göndəriləndə hər şey yaxşı olur” – Putin
  20 Aprel 2015    Oxunub:2890
Rusiya prezidenti Vladimir Putin aprelin Vladimir Solovevin aprelin 26-ı nümayiş etdiriləcək “Prezident” filmi üçün müsahibəsində bildirib ki, Qərb zəif və humanitar yardıma ehtiyacı olan Rusiyaya simpatiya bəsləyir.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Bəzən məndə elə təəssürat yaranır ki, onlar bizi yalnız humanitar yardım göndərəcəkləri vaxt sevirlər. Onlar kartof göndərdiyi vaxt hər şey yaxşı olur”, -deyə Putin vurğulayıb.

Rusiya prezidenti həmçinin əlavə edib ki, dünya birliyi indiki halında Rusiya artıq mövcud olmadığı qənaətinə gəlib.

Aprelin 26-da Rusiyanın “Rossiya 1” telekanalı Vladimir Putinin hakimiyyətdə olmasının 15 illiyi əlaqədar “Prezident” adlı film nümayiş etdirəcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti