“Kart problemimiz yoxdur” - Metropolitendən açıqlama

“Kart problemimiz yoxdur” - Metropolitendən açıqlama
  27 İyul 2015    Oxunub:3046
“Bakı Metropoliteni” QSC keçid kartlarının satışdan yığışdırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, bu saata qədər 445 kart sərnişinlər tərəfindən geri qaytarılıb, 442 kart da satılıb.

Qurum sözçüsü bildirib ki, hələ ehtiyyatda kartlarımız da var: “Ola bilsin hansısa stansiyada belə hal olub. Vaxtında çatdırılma olmayıb. Ancaq ümumilikdə kart problemimiz yoxdur”.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-keçid kartları satışdan yığışdırılması ilə bağlı xəbərlər yayılıb.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti