“İnterpol” azərbaycanlını Barselonada tutdu

“İnterpol” azərbaycanlını Barselonada tutdu
  08 Oktyabr 2015    Oxunub:1910
“İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilmiş azərbaycanlı İspaniyanın Barselona şəhərində tutulub.
AzVision.az `Report`-a istinadən xəbər verir ki, Cinayət Məcələsinin iki maddəsi ilə cinayətinə görə axtarışda olan Vəliyev Əkbər Məhəmməd oğlunun Azərbaycana ekstradisiya edilməsi üçün iş aparılır.

Qeyd edək ki, Ə.Vəliyev barəsində Azərbaycan Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Daha sonra o, “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilib.

Ə.Vəliyevin məhkəməsi Azərbaycanda keçiriləcək.


Teqlər:  





Xəbər lenti