“İlham Əliyev məni ölümdən xilas edib” – Fikrət Qoca

“İlham Əliyev məni ölümdən xilas edib” – Fikrət Qoca
  02 Sentyabr 2015    Oxunub:7322
“Prezident mənə çox yaxşılıqlar edib. Onun köməyini heç vaxt unuda bilmərəm”
Bu barədə Xalq şairi Fikrət Qoca Azərbaycan Prezidenti İlham Əliyevin onu 80 illik yubileyi münasibətilə təbrik etməsi ilə bağlı təəssüratlarını AzVision.az-a bölüşərkən deyib.

Xalq şairinin sözlərinə görə, prezident İlham Əliyev onu ölümdən xilas edib: “Bu, mənim ən böyük mükafatımdır. Cənab prezident çox sağ olsun, məni müalicəyə göndərdi. Hələ üstəlik orden də verdi. Bundan böyük hədiyyə olarmı? Mən həmişə onlardan diqqət, qayğı görmüşəm.

Bundan əlavə deyim ki, ümummilli liderimiz mənə “Şöhrət” ordeni verib. Allah ona rəhmət eləsin. İlham Əliyev də gələndən mənə ev verib, müalicəyə göndərib. Həmişə mənə qiymət verib. Yalnız təşəkkür edirəm. Başqa söz tapa bilmirəm”.

Qeyd edək ki, dünən prezident İlham Əliyev Fikrət Qocanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bundan başqa İlham Əliyev xalq şairini 80 illik yubileyi münasibətilə şəxsən təbrik edib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti