“İcra başçıları tez-tez dəyişməlidir”- Millət vəkili

“İcra başçıları tez-tez dəyişməlidir”- Millət vəkili
  03 Sentyabr 2015    Oxunub:4249
“Dəyişdirilən icra başçıları ilə münasibətim var və hesab edirəm ki, hər biri normal işləyir”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Ölkə başçısının apardığı kadr dəyişikliyinə münasibət bildirən deputat bu addımın düzgün olduğunu deyib.

Millət vəkili hesab edir ki, ümumiyyətlə cənab prezident tərəfindən mütəmadi olaraq belə dəyişikliklər edilir.

Abşeron rayonuna xanım icra başçısı təyin edilməsindən danışan V.Əhmədov qeyd edib ki, son zamanlar Azərbaycan dövləti xanımlara çox böyük diqqət yetirir: “Bu da ən önəmli məsələlərdən biridir. Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İradə Gülməmmədovanı şəxsən tanıyıram. Çox cəsarətli və işləyən bir xanımdır”.

Millət vəkili vurğulayıb ki, bu dəyişikliklər ümumilikdə müsbət haldır: “Düşünürəm ki, tez-tez bu cür dəyişiklər olmalıdır. Cənab prezident tərəfindən mütəmadi olaraq dəyişiklər olur. Yeni dəyişilən icra başçıları da, Azərbaycan dövlətində, hökumətində layiqincə özlərini təmsil edən şəxslərdir”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti