“İçki məclisləri yığışdırılmalıdır” - millət vəkili

“İçki məclisləri yığışdırılmalıdır” -  millət vəkili
  18 Sentyabr 2014    Oxunub:3888
“İnsanların fikirləri müxtəlifdir, buna görə də kim sünnət toyunu keçirmək istəyirsə bunu edəcək”.
Bunu AzVision.az-a açıqlamasında sünnət toylarının ləğv olunmasına münasibətində millət vəkili Fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, sünnət toylarını milli adət-ənənəyə uyğun keçirmək istəyənlər, həmin toylarda içki məclislərini yığışdırmalıdır:

“Çünki bu müsəlmanlıqla bağlıdırsa, müsəlmanlıq içkini haram sayır. Müsəlmanlıqla bağlı olmadığını fikirləşirlərsə, bunu adını sünnət toyu yox, elə kef məclisi qoyub keçirə bilərlər. Düşünürəm ki, sünnət toylarının təmtəraqlı keçirilməsi yalnışdır. Amma insanların fikiri müxtəlifdir və hamını buna sövq etmək olmaz. Xüsusilə toylarda menyular məsələsinə baxılmalı və qiymətlər azaldılmalıdır. Əks halda bu vəziyyət böyük bir vətəndaş soyğunçuluğuna gətirib çıxaracaq”-deyə F.Mustafa vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti