“Həmişə qardaş kimi yaşamışıq” – Siyavuş Novruzov

“Həmişə qardaş kimi yaşamışıq” – Siyavuş Novruzov
  28 Aprel 2015    Oxunub:2232
“Televiziyalarda hər gün kriminal xəbərlər gedir, insan insanı necə qətlə yetirməsini göstərirlər. Eləcə də saytlarda, internetdə insanın özünü necə asmalı olduğunu göstərirlər”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib.

Deputat təklif edib ki, bu kimi halların qarşısını almaq üçün sosial reklamlar olmalıdır: “Törədilən cinayəti xüsusi anonsla vermək lazım deyil. İnsan nə qədər ağır informasiya qəbul edirsə, bir o qədər də aqressivləşir. Əlbəttə, burada dini cəryanların qızışdırma amilləri və s var. Ancaq Azərbaycan tarixən tolerantlıq olub və bundan sonra da olacaq”.

Daha sonra millət vəkili bildirib ki, Azərbaycanda milli ayrı seçkilik heç vaxt olmayıb və həmişə bir qardaş kimi yaşamışıq: “Odur ki, Əlikram Hümbətov kimi şəxslərin nə deməsindən asılı olmayaraq bu birliyimizi və monolitliyimizi davam etdirməliyik”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti