“Google”nin ofisində gizli əməliyyat keçirilib

“Google”nin ofisində gizli əməliyyat keçirilib
  24 May 2016    Oxunub:2101
“Google” şirkətinin Parisdəki ofisində gizli əməliyyat keçirilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, polis əməkdaşları, vergi məmurları və prokurorluq əməkdaşlarından ibarət 100-dən çox səlahiyyətli şəxs xəbərdarlıq etmədən şirkətin ofisinə basqın edib.

“Le Parisien”ın məlumatına görə, mətbuata məlumatın sızdırılmaması üçün əməliyyat gizli keçirilib.

Ehtimal edilir ki, əməliyyata səbəb şirkətin vergi borclarını verməməsidir.
Qeyd edilib ki, “Google” şirkətinin Fransa dövlətinə 1.6 milyard avro vergi borcu var.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti