“Formula-1” ərəfəsində Azərbaycana 118 mindən çox sərnişin gəlib

“Formula-1” ərəfəsində Azərbaycana 118 mindən çox sərnişin gəlib
  24 İyun 2016    Oxunub:2414
İyunun 10-dan 22-dək Bakıda "Formula-1" Avropa Qran-prisi yarışına hazırlıq və yarışın keçirilmə müddətində Heydər Əliyev Beynəlxalq Hava Limanı 118 mindən çox sərnişinə və 640-dan çox reysə xidmət göstərib.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yarışlar zamanı ölkəmizə gələn sərnişinlərin sayı 41 min nəfərdən çox olub. Həmçinin 758 sərnişin ilə 6 çarter reysi yerinə yetirilib.

Bu müddət ərzində 372 sərnişinə xidmət göstərən 99 biznes aviasiya reysi (Business Aviation) yerinə yetirilib.

“Formula-1” yarışının Avropa mərhələsinin iştirakçılarının Bakıya gəlməsinin ən pik günləri iyunun 14-ü və 16-sı olub. Hər gün Heydər Əliyev Beynəlxalq Hava Limanına 6 minə yaxın sərnişin gəlib.

Yarış müddətində "Silk Way West Airlines", "Cargolux" və "Nippon Cargo Airlines" yük aviaşirkətləri bolid və digər "Formula-1" avadanlıqları ilə 7 çarter və 1 part-çarter reysi yerinə yetirib. Yükdaşımalarının dövriyyəsi 1,6 milyon kiloqramdan artıq təşkil edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti