“Facebook Messenger”də videozəng funksiyası – FOTO

“Facebook Messenger”də videozəng funksiyası – FOTO
  28 Aprel 2015    Oxunub:2182
“Messenger” tətbiqinə video-zəng funksiyası əlavə olunub.
AzVision.az-ın məlumatına görə, bu barədə “Facebook”un mətbuat xidməti xəbər yayıb.

Məlumata əsasən, sosial şəbəkə istifadəçilər mobil tətbiq vasitəsilə video zənglər həyata keçirə biləcəklər. Funksiya İOS və Android istifadəçiləri üçün aktiv olsa da, hələ ki yeni xidmətdən 18 ölkə vətəndaşları istifadə bilər. Azərbaycan hələlik bu siyahıda yoxdur.

Video zəngi həyata keçirmək üçün smartfon və ya planşetin istifadəçisi ekranın yuxarı sağ hissəsində kamera formasında olan ikonanı vurmalıdır.

“Messenger” rəhbəri Sten Çudnovski bəyan edib ki, yaxın vaxtlarda “Messenger”ə qrup zəngləri funksiyasının əlavə olunmasını planlaşdırır.





Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti