“Eurovision” təmsilçisi ağır qəzaya düşdü

“Eurovision” təmsilçisi ağır qəzaya düşdü
  20 Aprel 2014    Oxunub:1149
Türkiyəni “Eurovision 2012” musiqi yarışmasında təmsil edən məşhur müğənni Can Bonomo ağır avtomobil qəzası keçirib.
Çanaqqalada konsert verməyə gedən Can Bonomo və komandasının içində olduğu avtomobil qəzaya uğrayıb. Sürcünün qəflətən idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq dəniz sahilindəki mühafizə dirəklərinə dəyib.

Məşhur müğənninin və köməkçilərinin qəza zamanı yüngül bədən xəsarətləri aldıqları bildirilir. Qəzadan sonra xəstəxanaya aparılan Bonomo ölümdən döndüklərini söyləyib: “Allah şükür ki, çox şey baş vermədi. Yüngül yaralandıq. Maşınımız uçurumun kənarında, dənizə bir addım qalmış dayandı”. / Ans-Press


Teqlər:  





Xəbər lenti