“Eurovision 2015”in tarixi açıqlandı

“Eurovision 2015”in tarixi açıqlandı
  23 İyul 2014    Oxunub:1079
Avstriyada keçiriləcək “Eurovision 2015” Mahnı müsabiqəsinin yarımfinal və final mərhələlərinin vaxtı müəyyənləşib.
AzVision.az-ın esctoday-a istinadən verdiyi məlumata görə, bu barədə Avstriyanın İctimai kanalı məlumat yayıb.

Məlumata görə, Eurovision 2015” Mahnı Müsabiqəsi mayın 19, 21 və 23-də keçiriləcək.

Eyni zamanda bildirilir ki, müsabiqənin keçirilməsi üçün 3 şəhərin namizədliyi irəli sürülüb. Bunlar paytaxt Vyana, Innsbruk və Qraz şəhərləridir.

Qeyd edək ki, “Eurovision 2014” Mahnı Müsabiqəsini Avstriyanı təmsil edən transseksual müğənni Konçita Vürst qazanmışdı.

Sevinc


Teqlər:  





Xəbər lenti