“Ermənistanla münasibətlər normallaşa bilməz” - Ərdoğan

“Ermənistanla münasibətlər normallaşa bilməz” - Ərdoğan
  24 Aprel 2014    Oxunub:798
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsindən danışıb.

AzVision.az xəbər verir ki, baş nazir Ərdoğan Ermənistan-Türkiyə münasibətlərindən danışarkən, bildirib ki, Qarabağ münaqişəsi həll olunmadan münasibətlər normallaşa bilməz.

Jurnalistlərin “Ermənistanla diplomatik münasibətlərin qurulması sərhəd qapılarının açılması ola bilər?" sualına cavabında Ərdoğan bildirib ki, Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından söhbət belə gedə bilməz.

“Bəzi şərtlər var. Dağlıq Qarabağ məsələsi bizim üçün əsasdır. Bu münaqişə həll olmadan iqtidarımız razılığığa gələ bilməz. Çünki bu hadisədə ciddi haqsızlıq var. Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir".


Teqlər:  





Xəbər lenti