“Ərdoğan möhkəm kişidir” – Putin

“Ərdoğan möhkəm kişidir” – Putin
  18 Dekabr 2014    Oxunub:2555
Putin azərbaycanlı jurnalistin sualını cavablandırdı
Rusiya prezidenti Vladimir Putin həmkarı RəcəbTayyib Ərdoğana Türkiyə səfəri zamanı Rusiya ilə bağlı bir sıra layihələri elan etməməyi təklif edib.

AzVision.az xəbər verir ki, Putin keçirdiyi mətbuat konfransında Türkiyənin Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı sanksiyalara qoşulmayacağına əmin olduğunu deyib:

`Orada olduğum vaxt mən cənab Ərdoğana bildirdim: Bəlkə bəzi layihələr barədə danışmayaq. Qazlara sataşmağa dəyməz, yoxsa sabah onlar bura uçacaqlar”. Lakin cənab Ərdoğan möhkəm adamdır. O, bunu etməyə də bilərdi. Lakin Ərdoğan düşündü və bildirdi: `Yox danışacağıq. Bizim gizlətməyə heç nəyimiz yoxdur. Biz heç kimdən heç nə oğurlamırıq`. Bu bizim türkiyəli partnyorlarımızın seçimidir`, - deyə Putin `Cihan` agentliyinin azərbaycanlı jurnalist Fuad Səfərovun Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulması ehtimalı barədə sualını cavablandırakən bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti