“E-manat”dan 10 min pul oğurladılar

“E-manat”dan 10 min pul oğurladılar
  01 Sentyabr 2015    Oxunub:2223
Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları rayonda oğurluq etmiş dəstə üzvlərini saxlayıblar.
Bu barədə AzVision.az-a DİN-dən məlumat veriblər.

Bildirilir ki, avqustun 31-də saat 04 radələrində Ağcabədi şəhərində “İnkişaf üçün maliyyə” MMC-nin Ağcabədi rayon filialının inzibati binasına pəncərədən girmiş şəhər sakinləri Xəyal Talıbov, Elmir Gülmalıyev və Cəmaləddin Hüseynov oradakı otaqlardan birində olan seyfdən 235 manat, habelə digər otaqda quraşdırılmış “E-manat” ödəmə terminalından 10879 manat oğurlayıblar.

Cinayəti törədənlər şəxslər elə hadisə yerini tərk edərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.


Teqlər:





Xəbər lenti