“CinemaPlus” yeni endirim aksiyasına start verir

“CinemaPlus” yeni endirim aksiyasına start verir
  23 Avqust 2016    Oxunub:1973
Azərbaycan premium kinoteatrlar şəbəkəsi “CinemaPlus” yeni aksiyaya başlayıb.
AzVision.az xəbər verir ki, aksiya çərçivəsində kinoteatrın “Platinum” zalına biletin qiyməti 25 manatdan 10 manata endirim olunub. Kino həvəskarları avqustun 23-dən etibarən həftənin bazar ertəsi – cümə axşamı günlərində “Platinum” zalında istənilən filmi 10 manata izləyə biləcəklər.

Aksiya oktyabrın 1-nə kimi davam edəcək.



Biletləri kinoteatrın kassalarından, www.cinemaplus.az -dan onlayn əldə etmək və ya (012) 499 89 88 və 119 nömrələrinə zəng vurmaqla sifariş vermək olar.

Daha ətraflı məlumat əldə etmək üçün İOS və Android əməliyyat sistemli smartfonlarından “CinemaPlus” mobil əlavəsini yükləyin.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti