“Çempion” bomj dünyasını dəyişdi - FOTOLAR, VİDEO

“Çempion” bomj dünyasını dəyişdi -  FOTOLAR, VİDEO
  24 Oktyabr 2014    Oxunub:18904
Bakıda bomjluq edən Rövşən Kazımov dünyasını dəyişib.

AzVision.az-ın məlumatına görə, Rövşən Kazımov dünən Təcili Tibbi Yardım tərəfindən Bakının Keşlə qəsəbəsində yerləşən 32 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb.

Xəstəxanada yer olmadığından, R.Kazımov 7 saylı Şəhər xəstəxanasına aparılıb.

Lakin aşağı ətrafların travmasından əziyyət çəkən Rövşən Kazımov xəstəxanada keçinib.

Rövşən Kazımovun meyiti Sabunçuda yerləşən 3 saylı Sabunçu Klinik xəstəxanasının `Məhkəmə Tibbi Ekzpertiza və Pataloji Anatomiya Birliyi`nə aparılıb.

AzVison.az-ın əməkdaşları bununla bağlı həmin xəstəxanada olublar. Meyitin R.Kazmova aid olduğu xəstəxanadan təsdiqlənib. Ölümü barədə Rövşən Kazımovun yaxınlarına məlumat verilib.





Xatırladaq ki, bir neçə gün öncə Rövşən Kazımov haqqında saytımızda geniş material dərc olunub.

Həmin videonu bir daha təqdim edirik:



Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti