“Cəmil Həsənli ancaq boş-boş danışmağı bacarır” – Fəzail Ağamalı

“Cəmil Həsənli ancaq boş-boş danışmağı bacarır” – Fəzail Ağamalı
  07 İyul 2015    Oxunub:7539
“Milli Şura və onun sədrinin Azərbaycanın xarici siyasəti ilə bağlı sərsəm bəyanatlarının heç bir əsası yoxdur. Cəmil Həsənlinin dedikləri iftira, böhtanr, qeyri-obyektiv və qeyri-milli yanaşmadır”.
Bu fikirləri AzVision.az-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın yürütdüyü xarici siyasət dövlətimizə çox böyük uğur gətirir: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın xarici siyasəti bu gün yeni elementlərlə ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilməkdədir. Bunu sübut etmək üçün Azərbaycanın 155 ölkənin səsini alaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi faktını göstərmək kifayətdir”.

F.Ağamalı qeyd edib ki, Dağlıq Qarabağ problemi artıq qlobal münaqişəyə çevrilib: “Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi missiyasını üzərinə götürən ATƏT Minsk qrupu həmişə Ermənistanın yanındadır. Problemin həlli istiqamətində aparılan danışıqlar isə Ermənistanın söykəndiyi faşist prinsiplər səbəbindən hər zaman pozulub.

Milli Şura Azərbaycanın Qarabağ siyasətini tənqid edirsə, qeyri-prinsipiallıqda ittiham edirsə, ölkə başçısı İlham Əliyevin Qarabağ probleminə dair çıxışlarının stenoqramını yaxşı-yaxşı oxusunlar, öyrənsinlər və əzbərləsinlər.

Milli Şuranın belə bəyanatları ilə divident əldə etməyə çalışır. Ancaq, onların imkanları yoxdur. Çünki, xalq ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə müdafiə edir, dəstəkləyir. Cəmil Həsənli ancaq boş-boş danışmağı bacarır. İndiyə kimi bir iş görməyib. ancaq sərsəm fikirlər səsləndirir”, - deyə F. Ağamalı vurğulayıb.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti