“Başqa yolumuz yoxdur” – Qurban Qurbanov

“Başqa yolumuz yoxdur” – Qurban Qurbanov
  27 Noyabr 2014    Oxunub:1754
"Sent-Etyen"lə görüş çətin keçəcək. Üstəlik, biz səfərdə oynayırıq".
AzVision.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin V turunda sabah qarşılacaqları "Sent-Etyen"lə oyunöncəsi deyib.

Təcrübəli mütəxəssis heyətdə olan itkilərdən də danışıb:

"Təbii ki, bir sıra aparıcı futbolçuların olmaması, hazırlığa təsirsiz ötüşməyəcək. Ancaq başqa yolumuz yoxdur. İki cəbhədə mübarizə apardığımızı nəzərə alsaq, istərdim ki sərəncamımda daha çox futbolçu olsun. Bununla belə, oyunçuları qarşıdakı oyuna psixoloji cəhətdən yaxşı hazırlaşdırmalıyıq".

Qeyd edək ki, sabah keçiriləcək "Sent-Etyen" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.


Teqlər:  





Xəbər lenti