“Barselona” “PSJ”-yə məğlub oldu

“Barselona” “PSJ”-yə məğlub oldu
  01 Oktyabr 2014    Oxunub:1584
Çempionlar Liqasının qrup mərhələsində II turun ilk oyunları keçirilib. AzVision.az-ın məlumatına görə, ilk oyun günü 8 qarşılaşma keçilib.
Turun ilk oyunu Moskvada keçirilib. Burada yerli MOİK (Moskva) klubu qrupun lideri "Bavariya"nı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. E qrupunun digər oyununda "Mançester Siti" evdə "Roma" ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə bitib.

F qrupunda "Ayaks" səfərdə APOEL-lə – 1:1 edib. "Barselona" isə PSJ-nin qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə bitib. -3:2.

G qrupunda "Şalke" - "Maribor" qəbul edib. Bu görüşdə də tərəflər hərəyə bir qol vurub. "Sportinq" isə öz meydanında "Çelsi"yə 0:1 hesabı ilə uduzub.

H rupunda BATE özmeydanında "Atletik"i (Bilbao) qarşılaşıb. Görüş belarus təmsilçilərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Şaxtyor" (Donetsk) - "Portu" matçında qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, qrup mərhələsində II tura bu gün 8 qarşılaşma keçiriləcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti